İdman

gimnastikadan

başlayır

Həftəsonu yarışları

08 aprel 2024

Həftəsonu yarışları

5-7 aprel tarixlərində Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə birinci “Tallinn Open” adlı beynəlxalq turnir keçirilib.

Turnirdə böyüklər üzrə qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal qazanıblar.

Turnirdə gimnastikanın ən zərif növünün nümayəndələri fərdi proqramda halqa, lent, gürzlər və topla çıxışlarını nümayiş etdiriblər. 

Belə ki, komandamızın gənclərdən ibarət üzvləri İlahə Bahadirova topla çıxışında, Gövhər İbrahimova isə gürzlərlə çıxışında qızıl medal qazanıblar.

Millimizin digər nümayəndəsi Şəms Ağahüseynova isə lentlə çıxışında gümüş medala layiq görülüb.

Onunla yanaşı, Gövhər İbrahimova da gürzlərlə çıxışında gümüş medalın sahibi olub.

Bu həftə sonu gimnastlarımız daha iki yarışda iştirak ediblər. 

5-7 aprel tarixlərində Slovenyanın Lyublyana şəhərində bədii gimnastika üzrə "36th Mtm Narodni Dom Ljubljana" adlı beynəlxalq yarışda bədii gimnastika üzrə millimizin gənclərdən ibarət üzvləri Məmmədova Sofiya və İsmayılzadə Səkinəxanım iştirak edərək final mərhələsinə vəsiqə qazanıblar.

İkinci yarış isə Bolqarıstanın Sofiya şəhərində keçirilib.

Bədii gimnastikası üzrə milli komandamızın böyük fərdi gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə 4-7 aprel tarixlərində keçirilən “Sofiya Kuboku” adlı beynəlxalq turnirdə iştirak ediblər.