İdman

gimnastikadan

başlayır

Əməkdar idman xadimi vəfat etdi

26 noyabr 2017

Əməkdar idman xadimi vəfat etdi

Bu gün, əməkdar idman xadimi Qafarov Arif Muxtar oğlu ömrünün 69-cu ilində dünyasını dəyişib.
 
Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında bir məşqçi kimi böyük əməyi olan A. Qafarov, həyatının böyük hissəsini idmana həsr edərək, müxtəlif illərdə əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülmüşdür. 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışmış dəyərli mütəxəssis, bu illər ərzində gimnastikanın inkişafına öz töhfəsini vermişdir.
 
A. Qafarov 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. Həmin dövrlər ərzində onun fəaliyyəti yüksək dəyərləndirilmiş və 2015-ci ildə federasiya tərəfindən Qızıl medalla təltif olunmuşdur.
 
Azərbaycan Gimnastika Federasiyasının kollektivi bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə, yaxınlarına baş sağlığı verir və onun əziz xatirəsini dərin hüznlə yad edir.