İdman

gimnastikadan

başlayır

2012-Cİ İLDƏ AZƏRBAYCAN GİMNASTLARI 123 MEDAL QAZANIBLAR

28 dekabr 2012

2012-Cİ İLDƏ AZƏRBAYCAN GİMNASTLARI 123 MEDAL QAZANIBLAR

Başa çatan Olimpiya ilində Azərbaycan gimnastları 123 medal qazanıblar. Onlardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc medaldır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, qazanılan ən mühüm titul Nijni Novqorodda keçirilən Avropa çempionatında çoxnövçülük üzrə yarışda Aliyə Qarayevanın bürünc medalı olub. Toplam olaraq milli komandanın lideri öz hesabına 17 (üç qızıl, altı gümüş və səkkiz bürünc) medal yazıb.

Ötən il ərzində 14 yaşlı bakılı idmançı Nülufər Niftalıyevanın da qazandığı mükafatların sayı eynidir. Nülufər də "Avro-2012"-də "bürünc" qazanıb və Yakutskda keçirilən "Asiyanın uşaqları" beynəlxalq idman oyunlarındakı qələbələri ilə fəxr edə bilər. Medalların nisbəti belədir: 5-5-7.

Digər perspektivli gənc idmançı Gülsüm Şəfizadə də Rusiyada keçirilən Avropa çempionatında bir bürünc medal qazanıb.

Gimnastikanın digər növlərinə gəldikdə, Afaq Məhərrəmli-Pərizad Quliyeva, Aynur Hüseynova-Nərmin Ramazanova, Lalə Hüseynova-Xoşqədəm Quliyeva qadın akrobat cütlükləri, eləcə də tamblinqçi Mixail Malkin müxtəlif yarışların qalibləri və mükafatçıları olublar. Şakir Şıxəliyev isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra ilk dəfə olaraq Londonda Olimpiya Oyunlarının idman gimnastları turnirində iştirak edib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi də ilə yekun vurub. Ölkənin ən yaxşı hakimləri onluğuna başqaları ilə yanaşı, bədii və idman gimnastikası üzrə müvafiq olaraq hakimlər Natalya Bulanova və Rza Əliyev də daxil olub.