İdman

gimnastikadan

başlayır

Bakıda beynəlxalq turnir ləğv olundu

14 mart 2020

Bakıda beynəlxalq turnir ləğv olundu

Aprelin 17-19-da Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv olundu.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, beynəlxalq Bakı turnirində gənc və daha kiçik yaş qruplarına daxil olan gimnastların iştirakı planlaşdırılırdı.