06 iyun 2008
Bədii gimnastika üzrə 24-cü Avropa Çempionatının keçirildiyi Turində qitənin yeni mütləq çempionunu müəyyənləşdirən senior gimnastların yarışları iyun ayının 6-ı axşam vaxtı baş tutdu. Yeni, ona görə ki, Avro-2006-ın qalibi Rusiya gimnastı Vera Sesina bu birincilikdə təqdim olunmamışdı.
Gimnastikada birinci olaraq xalça üzərinə çıxmağı heç kim istəmir. Deyirlər pis əlamətdir. Lakin tale elə gətirdi ki, Rusiya gimnastı Yevgeniya Kanayeva məhz birinci çıxış etməli oldu. Çoxillik təcrübəsi olan Olqa Kapranovadan sonra komandada ikinci gimnast sayılan Yevgeniya Kanayeva 4 çıxışdan ibarət gimnastika marafonunu birinci başa çatdırdı və ən yüksək xallara layiq görüldü: ümumiyyətlə gürzlərə görə Kanayevaya – 19.05 xal verildi. Yeri gəlmişkən bu da birinci dəfədir ki, baş verirdi.
Yenicə çempion olmuş gimnast üçün artıq maraqlı olmayan gümüş medallar uğrunda son illərin iki mütləq dünya çempionu Ukraynadan olan Anna Bessonova və Kapranova mübarizə aparırdılar. Bakı-2005-in qalibini təxminən yarım xalla qabaqlayan Patras-2007-in triumfatorunun çıxışı daha çox uğurlu oldu.
Çöxnövçülüyün yekununda 71.8 xal toplayan Azərbaycan gimnastı Aliyə Qarayeva isə Belarus gimnastı İnna Jukovadan sonra beşinci yerə layiq görülmüşdür. Xatırladaq ki, sonuncu dəfə Yunanıstanda keçirilən Dünya Çempionatında da, o, dördnövçülükdə beşinci yerdə qərarlaşmışdı.
Azərbaycanın ikinci təmsilçisi Dinarə Gimatova 11-ci yerə layiq görülmüşdür – 66.75 xal. Seniorlardan ibarət yarışda ümumilikdə 11 gimnast çıxış etmişdir.
Sabah Avro-2008-in sonuncu günü, yuniorların və qrupların final mərhələləri, çempionatın bağlanış mərasimi və Qala-konsert keçiriləcək. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup hər iki finalda çıxış edəcək: 5 iplə ikinci, 3 halqa/4 gürzlə isə beşinci çıxış edəcəklər.