İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN TƏMSİLÇILƏRİ AÇ-YƏ UĞURLA BAŞLADILAR

01 iyun 2013

AZƏRBAYCAN TƏMSİLÇILƏRİ AÇ-YƏ UĞURLA BAŞLADILAR

Azerisport.az xəbər verir ki, iyunun 2-dək davam edəcək çempionatda Azərbaycan yığma komandası da iştirak edir.

Azərbaycan idmançıları fərdi, qrup və komanda üzrə birinciliklərdə medallar uğrunda mübarizə aparırlar. Qrup tapşırıqları üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandasının tərkibində Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emilya Baqiyeva çempionatın ilk günündə 5 halqa ilə çıxış etmiş və birinci mərhələni 24 komanda arasında 4-cü yerdə başa vurublar.

Mayın 31-də axşam sessiyasında xalça üzərinə Marina Durunda və Lalə Yusifova çıxıblar. Onlar öncə topla, sonra isə halqa ilə kompozisiyalar yerinə yetiriblər. İnamlı mübarizə aparan Marina Durunda fərdi final mərhələsinə yüksəlib. Lalə Yusifova isə iyunun birində digər növlərdə (gürz və lent) qüvvəsini sınayacaq.

Hər iki idmançının nəticələrinə əsasən Azərbaycan komanda hesabında 3-cü yerdə qərarlaşıb. Beş halqa ilə çıxışların ikinci mərhələsi bu gün davam etdiriləcək. Azərbaycan gimnastları 5 halqa ilə yeniyetmələrin qrup çıxışlarında iştirak edəcək, eyni zamanda Lalə Yusifova və Marina Durunda gürz və lentlə kompozisiyalar yerinə yetirəcəklər.