26 iyun 2016
23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilmişdir.
Bu yarışlarda Azərbaycanı böyüklər proqramında Yuliya Solovyova, gənclər arasında isə Dərya Farşbafşəhriyari, Darya Sorokina və Yelizaveta Luzan təmsil etdilər.
Beynəlxalq arenada debüt edən Yuliya Solovyova topla final çıxışında medalın bir addımlığında dayandı.
Gənc gimnast Darya Sorokinanın gürzlərlə final çıxışı ona qızıl medal qazandırdı, topla çıxışına görə isə, o, “gümüşlə” mükafatlandırıldı. Dərya Farşbafşəhriyari isə finalda iplə çıxış edərək, 3-cü yerlə kifayətləndi.
Turnirlə yanaşı təşkil olunan “Baby Cup” adlı yarışlarda isə, Dərya Farşbafşəhriyari çoxnövçülükdə 1-ci oldu.