İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastlarının Avropa Çempionatında iştirakı ləğv olundu

08 dekabr 2020

Kişi idman gimnastlarının Avropa Çempionatında iştirakı ləğv olundu

Kişi idman gimnastikası üzrə yığma komandamızın 3 üzvünün koronavirusa yoluxması səbəbindən, yığma komandamız 9-13 dekabr tarixlərində Türkiyənin Mersin şəhərində keçiriləcək Avropa Çempionatında iştriak etməyəcək.  

Bütün nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirusa görə testdən keçib və bütün üzvlərinin nəticəsi neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test keçirir. Təəssüflər olsun ki, 3 gimnastımızda artıq Mersində götürülən testin nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar.

Nümayəndə heyətimizin digər üzvlərində Mersində ardıcıl olaraq götürülümş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən, təəssüflər olsun ki, yığma komandamız yarışlarda iştirak etməmək məcburiyyətində qalmışdır. 

İdmançılarmıza tezliklə sağalmağı arzulayır və 2021-ci ilin 21-25 aprel tarixlərində İsveçrənin Bazel şəhərində keçiriləcək Avropa Çempionatında uğurla çıxış edəcəklərinə ümid edirik.