22 aprel 2013
Azərbaycan gimnastı Lalə Yusifova həftəsonu Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 17 yaşlı Bakı idmançısı təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub.
Onun komanda yoldaşı Marina Durunda medal qazanmasa da, turnirin bütün dörd finalında iştirak edib. Onun ən yaxşı göstəriciləri çoxnövçülük və gürzlərlə çıxışı zamanı olub ki, bu zaman idmançı 6-cı pilləni tutub.
Dünya kuboku çərçivəsində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 14 yaşlı Veronika Ömərova gümüş medal qazanıb.
"Başqa bir gəncimiz - Türkiyənin Konya şəhərində keçirilən yarışda çıxış edən Züleyxa İsmayılova (2000-ci il təvəllüdlü) orada mütləq qalib olub", - milli komandanın baş məşqçisi Mariana Vasileva bildirib. - Ötən həftə çox uğurlu olub və Dünya kubokuna qayıdaraq qeyd edəcəm ki, Lalənin topla çıxışı o qədər gözəl görünürdü ki, yarışı yayımlayan yerli televiziya ondan Qalada eyni tapşırıqla çıxış etməyi xahiş edib. Marinanın hər yeni çıxışı sözsüz ki, ona Avstriyada keçiriləcək Avro-2013 ərəfəsində əminlik verir. Və onlar birlikdə güclü tandemdir, onları azarkeşlər sevirlər və hakimlər də onlara rəğbətlə yanaşırlar".
Həmçinin Azərbaycanın bayrağı Moskvada təşkil olunan Alina-2013 beynəlxalq festivalın final mərhələsinin iştirakçısı olan ölkələrin bayraqlarının arasında qürurla dalğalanıb. Finalda Azərbaycanı Ayşən Bayramova, Səbinə və Samirə Əlizadə, Nərminə Hüseynova, Zeynəb Hümmətova, Fatimə Bayramova, Cənnət Məmmədova, Mədinə Əhmədova və Simarə Cəfərova təmsil ediblər.