21 mart 2016
18-20 mart tarixlərində Portuqaliyanın Lissabon şəhərində bədii gimnastika üzrə Dünya Kuboku baş tutdu.
Bu yarışlarda Azərbaycan qrup hərəkətləri komandası, həmçinin fərdi çıxış proqramında bir gimnastla təmsil olundu.
Apreldə Rio-de-Janeyroda keçiriləcək sınaq turnirinə hazırlaşan, Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup çoxnövçülükdə 8-ci yer tutaraq, 5 lentlə finala vəsiqə qazandı və nəticədə 7-ci oldu. Qızlar beynəlxalq arenada ilk dəfə olaraq yeni çıxış proqramlarını nümayiş etdirdilər, fərdi gimnastlar Ayşən Bayramova və Elif Zeynep Celep isə qrup hərəkətləri komandasının tərkibində debüt etdilər.
Bu ildən böyüklər proqramı ilə çıxış etməyə başlayan gimnastımız Jalə Piriyeva çoxnövçülükdə 19-cu yeri tutdu.
Qrup hərəkətləri komandası üçün növbəti turnir yığmanın lideri Marina Durundanın da qatılacağı Tiyedə (Fransa, 26-27 mart) təşkil olunacaq Qran-pri yarışları olacaqdır.