İdman

gimnastikadan

başlayır

MAYANIN QIZILI

19 mart 2013

MAYANIN QIZILI

Azərbaycanın Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın dueti Portuqaliyanın Maya şəhərində keçirilən Dünya kuboku çərçivəsində gənclər arasında beynəlxalq turnirin mütləq qalibi olublar!

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, duetimiz balans və templi tapşırıqlarının icrasından sonra mükafatlara iddialı olan digər cütlüklər arasında lider mövqedə qərarlaşıb.

Lakin onların medal qazanmaq arzusu elə arzu olaraq qalıb, belə ki, Bakı Gimnastika Məktəbinin yetirmələri həlledici kombinasiyalı tapşırığa daha məsuliyyətlə yanaşıblar. Hakimlərin yekun protokolları Hüseynova-Ramazanova duetinin qalib olduğunu müəyyənləşdirib.

Öz yaş qruplarında çıxış edən Azərbaycanın ikinci qadın cütlüyü - Lalə Hüseynova və Xoşqədəm Quliyeva da finalda yarışıblar. Onlar bürünc medal qazanıblar.

Nəhayət, daha bir bürünc medalı Bakıya Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti gətirib. İndi onları aprelin əvvəlində Belçikada keçirilməsi planlaşdırılan beynəlxalq turnirdə iştirak gözləyir.