İdman

gimnastikadan

başlayır

Malkin Dünya kuboku seriyasının qalibi olub

07 avqust 2023

Malkin Dünya kuboku seriyasının qalibi olub

ABŞ-ın Palm-Beach şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku seriyasının final mərhələsi keçirilib.
Yarışda ölkəmizi təmsil edən tamblinq üzrə Azərbaycan yığma komandasının üzvləri Adil Hacızadə gümüş, Tofiq Əliyev isə bürünc medal qazanıb. Kubokda təcrübəli gimnastımız Mixail Malkin də mükafatlandırılıb. Belə ki, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı olan Malkin 2023-cü ildə iştirak etdiyi üç Dünya kubokunda topladığı ən yüksək nəticəyə əsasən FIG kubokuna layiq görülüb.