İdman

gimnastikadan

başlayır

MARİNA DURUNDA – YENİ ÇEMPİON!

19 noyabr 2013

MARİNA DURUNDA – YENİ ÇEMPİON!

İsmayıllı Olimpiya idman kompleksində keçirilən bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başa çatdı.

Yarışlarda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü olmaqla ümumilikdə 16 gimnast iştirak edib.

Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar.

Böyüklər arasında yarışın nəticələrinə görə birinci yeri Marina Durunda, ikinci yeri Lalə Yusifova və üçüncü yeri Ayşən Bayramova tutublar.

1998-2000-ci təvəllüdlü iştirakçılar arasında Jalə Piriyeva birinci, Züleyxa İsmayılova ikinci, Beyza Demir isə üçüncü yerə layiq görülüblər.