İdman

gimnastikadan

başlayır

Marina Durunda ilin ən yaxşı idmançısı seçildi

25 dekabr 2014

Marina Durunda ilin ən yaxşı idmançısı seçildi

Dünən Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov əvvəlcə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısını bütün Azərbaycan idmançıları adından təbrik edib və xoş arzularını bildirib.

Azərbaycan idmançılarının 2014-cü ildə qazandığı uğurlardan danışan A.Rəhimov bildirib ki, bu il ərzində idmançılarımız 805 medal qazanıblar: "Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".

A.Rəhimov ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladı. "Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik".

Daha sonra çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bütün idmançıları qazanılan uğurlara görə təbrik edib.

Daha sonra Azərbaycanın idman komandaları və idmançıları Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib.

İlin ən yaxşı idmançıları adına Hacı Əliyev (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Yelena Vıstropova (boks), Xetaq Qazyumov (sərbəst güləş), Radik İsayev (taekvondo), Fərid Mayılov (kunq-fu), Rəsul Çunayev (Yunan-Roma güləşi), Elmar Qasımov (cüdo), Marina Durunda (bədii gimnastika) və Eduard Məmmədov (kikboksing) layiq görülüblər.

Mənbə: http://az.trend.az/azerbaijan/sports/2347345.html