17 noyabr 2014
Bu həftəsonu Azərbaycan gimnastı Marina Durunda klublararası ənənəvi A1 İtaliya Çempionatının növbəti mərhələsində iştirak edib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, gimnastımızın çıxış etdiyi Ketinin “Armonia di Abrutso” klubu 2-ci yerdə qərarlaşıb.
Marina Durundanın gürzlərlə çıxışında 17.050 xal alması, “Armonia di Abrutso” komandası üçün əhəmiyyətli töhfə oldu və yarış nəticələrinə əsasən komanda 99.450 xal qazandı. Yarışın əsas mərhələsi 28-30 noyabr tarixlərində baş tutacaq.
Digər gimnastımız Ayşən Bayramova 14-16 iyun tarixlərində Avstriyanın İnsbruq şəhərində keçirilən bədii gimnastika üzrə Qran-pri yarışlarının əsas mərhələsində ölkəmizi təmsil edib. Çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən gimnastımız ümumi çətinliyə görə 62.667 xalla 11-ci yerdə qərarlaşıb.