İdman

gimnastikadan

başlayır

Marina Nekrasovanın Olimpiadada çıxışı yekunlaşdı

25 iyul 2021

Marina Nekrasovanın Olimpiadada çıxışı yekunlaşdı

Bu gün Yaponiyanın Tokio şəhərində Olimpiya Oyunları çərçivəsində növbəti gimnastika yarışları keçirilir.

Ariake Arenada təşkil edilmiş qadın idman gimnastikası üzrə yarışlarda təmsilçimiz Marina Nekrasova çıxışlara ilk başlayan qrupda yer alıb.

Gimnastımız finala düşmə imkanının yüksək olduğu sevimli aləti dayaqlı tullanmada təəssüf ki, səhvə yol verib. Bu səbəbdən də Marinanın finala yüksəlmək şansı qalmayıb.