İdman

gimnastikadan

başlayır

Masallı və Gəncə bədii gimnastları paytaxtımızda təlim-məşq toplanışına cəlb olunublar 

02 noyabr 2022

Masallı və Gəncə bədii gimnastları paytaxtımızda təlim-məşq toplanışına cəlb olunublar 

Oktyabrın 31-i Gəncə Olimpiya İdman Klubu və Masallı Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün paytaxtımıza səfər edib. Noyabrın 5-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 10 idmançı iştirak edir.  Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də 8-11 dekabr tarixlərində Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.  
Qeyd edək ki, Gəncə Olimpiya İdman Klubunda 2021-ci ildən, Masallı Olimpiya İdman Kompleksində isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastların paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirakı nəzərdə tutulur. 
Xatırladaq ki, ötən həftə Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə komandası Milli Gimnastika Arenasının qonağı olmuşdu.