İdman

gimnastikadan

başlayır

Tsiskaridzedən master-klas

25 noyabr 2017

Tsiskaridzedən master-klas

Bu gün, A.Y. Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın xalq artisti Nikolay Maksimoviç Tsiskaridze Milli Gimnastika Arenasında qonaq olub.

Ölkəmizə ilk dəfə səfər etmiş dünyaca məşhur baletmeystr bədii gimnastika üzrə yığma komandanın üzvləri ilə görüşərək, onlara klassik baletin ən incə məqamlarını izah edib.  Gimnastlarımız əsl sənətkardan dərs almağın həyəcan və sevinc hisslərini eyni anda yaşayıblar.

Ustad dərslərində yaxından iştirak edən gimnastika növləri üzrə yığma komandalarımızın xoreoqraflarının suallarına səmimiyyətlə cavab verən Tsiskaridze, sonda bütün komanda heyəti ilə xatirə şəkilləri çəkdirib.