İdman

gimnastikadan

başlayır

Medalın bir addımlığında

01 iyun 2023

Medalın bir addımlığında

25-28 may tarixlərində Bolqarıstanın Varna şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib.
Yarışda ölkəmizi qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nazənin Teymurova, Samirə Qəhrəmanova təmsil edib.
Ötən ildən etibarən böyüklər arasında çıxış etməyə başlayan gənc idmançımız Nazənin Teymurova bu yarışda da ən güclü 8-liyə daxil olaraq
gimnastika tiri və dayaqlı tullanma üzrə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.
Həlledici mərhələdə dayaqlı tullanma üzrə hərəkətlərin icrasında hakimlərdən 12.800 xal alan idmançımız medala çox yaxın olub. Belə ki, gimnastımız yekunda 4-cü pillədə qərarlaşıb. Nazənin gimnastika tirində isə 11.433 xalla 6-cı olub.