İdman

gimnastikadan

başlayır

DÜNYA ÇEMPİONATINDAN MEDALLAR

10 sentyabr 2009

DÜNYA ÇEMPİONATINDAN MEDALLAR

Azərbaycan gimnastı Aliyə Qarayeva topla finalda ikinci yeri tutaraq gümüş medala layiq görülmüşdür. Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayevadan ibarət komanda isə Mie şəhərində (Yaponiya) keçirilən dünya çempionatında komanda hesabında 3-cü yeri tutmuşdur. Qızlar 282.525 xal yığaraq yarışların bürünc mükafatçıları olmuşlar! Bununla, onlar 2007-ci ildə keçirilmiş və indiki kimi üçüncü yeri tutduqları dünya çempionatının nəticəsini təkrarlamışlar. Bu yarışda dünya çempionları adını Rusiya komandası qazanmış, ikinci yerə Belarus komandası layiq görülmüşdür.