İdman
gimnastikadan
başlayır
05 iyun 2026
5-7 iyun tarixlərində Milli Gimnastika Arenası akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirə ev sahibliyi edir.
10 ölkədən 150-dən çox idmançının qatıldığı turnirdə aerobika və akrobatika gimnastikası üzrə ən istedadlı gənc gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər.
Üç gün davam edəcək yarışın ilk iki günü təsnifat mərhələsinə, son günü isə finallara həsr olunub.
Akrobatika gimnastikası üzrə idmançılar qadın cütlüyü, qadın qrupu, kişi cütlüyü, kişi qrupu və qarışıq cütlük proqramlarında balans və temp hərəkətləri ilə çıxış edəcəklər.
Aerobika gimnastikası üzrə isə fərdi çıxışlar, qarışıq cütlüklər, üçlüklər və qrup proqramları təqdim olunacaq.
Azərbaycanı akrobatika gimnastikası üzrə Safiya Babayeva, Diana Məmmədova, Zeynəb Yusufova, Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Aylin Məmmədova, Ayan Hacılı, Firuzə Qasımzadə, Hökümə Əliyeva, Fidan Rəşidova, Yusif Hüseynzadə, Sərxan Ağayev, Rəsul Əmiraslanov, Timur Xamidulin, İlahə Əhmədova, Fidan Qurbanova, Məryəm Baxışzadə, Sevinc İmanzadə, Rahilə Şirəliyeva və Lalə Qarazadə təmsil edirlər.
Aerobika gimnastikası üzrə təmsilçilərimiz isə Əminə Mustafayeva, Ayan Ağayeva, Fərid Cəfərov, Hüseyn Kərimzadə, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova, Təhminə İbrahimova, Ayan İskəndərli, Məryəm Əliyeva, Ayla İsmayılzadə, Səma Hacızadə, Ülkər Mustafayeva, Rəna Məmmədova, Bəsti Talıblı, Nuray Hüseynli, Nuray Əliyeva, Aylin Nuri, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli, Xədicə Ələsgərova, Arif Məmmədzadə, Mədinə İbrahimli və Toğrul Gülmalıyevdir.
Qarşıdakı iki gündə bizi gərgin mübarizə, möhtəşəm çıxışlar və unudulmaz anlar gözləyir.
Sizi də Milli Gimnastika Arenasına gələrək bu beynəlxalq gimnastika bayramının və böyük idman həyəcanının bir parçası olmağa dəvət edirik!