İdman

gimnastikadan

başlayır

Milli komandamıza dəstəyimizi göstərək!

22 may 2024

Milli komandamıza dəstəyimizi göstərək!

22-26 may tarixlərində Budapeşt şəhərində keçirilən və Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə Avropa çempionatı bu gündən artıq start götürür. Çempionatı https://gymtv.online/product/V2_X-5CpSp-2oky4o8UcDQ linkinə keçid edərək həm onlayn formada izləyə, həm də yarışın cədvəli ilə tanış ola bilərsiniz. 
Mayın 23-ü Bakı vaxtı ilə saat 19:15, 19:21, 20:09, 20:15-də (set D) böyük fərdi gimnastlarımızın çıxışlarına baxa bilərsiniz. 
25 may tarixində isə Bakı vaxtı ilə saat 22:20 və 23:05-də qrup hərəkətləri üzrə milli komandamız meydançada bacarıqlarını nümayiş etdirəcək.
Qeyd edək ki, ilk dəfə milli komandamızı Zirə Mədəniyyət Mərkəzinin idmançısı təmsil edir. Bu gənc fərdi gimnast Fidan Qurbanlıdır.
Ölkəmizi təmsil edən nümayəndə heyətini sizə təqdim edirik:
Böyüklərdən ibarət qrup hərəkətləri komandası:
- Güllü Ağalarzadə 
- Kamilla Əliyeva 
- Yelizaveta Luzan 
- Darya Sorokina 
- Ləman Əlimuradova 
- Zeynəb Hümmətova
 
Böyük fərdi gimnastlar:
- Zöhrə Ağamirova 
- Kamilla Seyidzadə 
- İlona Zeynalova 
 
Gənc fərdi gimnastlar:
- Gövhər İbrahimova
- Şəms Ağahüseynova
- İlahə Bahadirova
- Fidan Qurbanlı 
 
Məşqçilər:
- Nəzrin Cəfərzadə
- Nərmin Cahangirova
- Kamil Quliyev
- Ruslan Eyvazov
- Akif Kərimli
 
Hakim:
- Nigar Abdusalimova
 
Millimizin üzvlərinə uğurlar arzulayırıq!