İdman

gimnastikadan

başlayır

Millimiz Plovdivdən qızıl medalla qayıtdı

02 sentyabr 2024

Millimiz Plovdivdən qızıl medalla qayıtdı


30 avqust-1 sentyabr tarixlərində Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə keçirilən "Plovdiv Cup Aerobics Open" adlı beynəlxalq yarışda millimizin üzvləri çıxış ediblər. Böyüklərdən ibarət idmançı heyətinin tərkibində fərdi gimnastlar Qurbanova Dilarə, Quliyeva Xədicə, Bejanova Leyla, Ağayeva Arzu yer alıb. Böyüklər arasında gedən yarışda Dolmatov Vladimir və Mustafayevadan ibarət qarışıq cütlük, Dolmatov Vladimir, Mustafayeva Mədinə və Qurbanova Dilarənin yer aldığı üçlük və Quliyeva Xədicə, Bejanova Leyla və Ağayeva Arzunun təmsil etdiyi üçlük komandası mübarizə aparıb. Gənclərin yarışında isə fərdi gimnastlar Topçubaşova Məryəm, Əlixanlı Sara və Kazımova Sənəm ölkəmizi təmsil ediblər. Fərdi çıxışlarla yanaşı İbrahimova Fidan, Əhmədova Leyla və Kozlovskaya Evelinanın yer aldığı üçlük və İbrahimova Fidan, Əhmədova Leyla, Kozlovskaya Evelina, Topçubaşova Məryəm və Əlixanlı Saradan ibarət qrup da çıxışlarını nümayiş etdirib. 
Böyüklərin yarışında Dolmatov Vladimir və Mustafayeva Mədinənin təmsil etdiyi qarışıq cütlük həlledici mərhələdə bütün rəqibləri üstələyərək fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Final mərhələsində əldə edilən 20.200 xallıq nəticə onları qızıl medala aparıb. Bundan başqa, Dolmatov Vladimir, Mustafayeva Mədinə və Qurbanova Dilarənin təmsil etdiyi üçlük fəxri kürsüdə yer ala bilməsə də, finala yüksələrək yarışı 5-ci sırada tamamlayıb.
Gimnastlarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!