İdman

gimnastikadan

başlayır

Misirdə uğurlu çıxış

20 iyun 2023

Misirdə uğurlu çıxış

Bu dəfə Misirin Qahirə şəhəri aerobika gimnastlarını bir araya toplayıb. "Pharaoh's Cup" yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Aylin Əliyeva, Dilarə Qurbanova, Sənəm Kazımova, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva və Sara Əlixanlı  təmsil ediblər. Böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlük proqramında qızıl medal qazanıb. Vladimir fərdi proqramda da bütün rəqiblərini üstələyərək çempion olub. Mədinə isə fərdi proqramda bürünc medala sahib çıxıb. Üçlük proqramında böyüklər arasında Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva, gənclər arasında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclər arasında fərdi proqramda Sənəm Kazımova qızıl, Aylin Quliyeva gümüş medala layiq görülüb.