21 dekabr 2009
Azərbaycan gimnastları Hollandiyanın Utrext şəhərində keçirilən beynəlxalq X-Mass turnirdə 3 qızıl və bir gümüş medal əldə etdilər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənovadan ibarət yeniyetmələrdən ibarət kvarteti qızıl medala sahib olmuşdur. Xatırladaq ki, bu, gələn il Almaniyanın Bremen şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməyə hazırlaşan dörd gimnastdan ibarət yeni bir qrupdur.
Qitə birinciliyi Azərbaycan böyüklərdən ibarət qrup hərəkətləri üzrə kollektivi üçün də mühüm startlardan biri olacaqdır.
Vəfa Hüseynova və Valeriya Yeqay idman karyeralarını başa vuraraq, qrupu tərk etdikdən sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva hər yarış ərəfəsində yeni qrup təşkil edir, gimnastların peşə yararlığını yoxlayır. Bu da öz nəticəsini verir – Ceyla Quliyeva, Anastasiya Prasolova, Stefani Trayanova, Cəmilə Hüseynova, Nigar Əbdüsəlimova və Ayelita Xələfova da Hollandiyada birinci yeri tutmuşlar.
- Hələ Avropada hava şəraiti kəskin pisləşir, məhz Hollandiyada hər gün güclü qar yağır, Azərbaycan gimnastları orada əla yeni il qabağı nəticələr göstəriblər. Belə ki, fərdi yarışlarda çıxış edən 1995/96-cı il təvəllüdlü yeniyətmə gimnastların turnirində Lalə Yusifova da qızıl medala sahib olmuşdur. Həmin yaş qrupunda təmsil edən Jalə Qaratova isə gümüş medal qazanmışdır. Deməli, missiya yerinə yetirilib və nümayişin ikinci hissəsi artıq dekabrın 20-də Hollandiyada beynəlxalq türnirdə təşkil edilib", - deyə, baş məşqçi qeyd etdi.