İdman

gimnastikadan

başlayır

Mixail Malkin çempionatın gümüş medalını qazandı

21 noyabr 2021

Mixail Malkin  çempionatın gümüş medalını qazandı

Bakıda ilk dəfə keçirilmiş Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatında Azərbaycan təmsilçisi Avropa çempionu Mixail Malkin gümüş medal qazanıb.

Tamblinq cığırında keçirilmiş final yarışlarında Mixail hakimlərdən 76.300 xal alaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Birinci yerdə Rusiya təmsilçisi Aleksand Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Kaden Braun (75.400 xal) qərarlaşıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.