İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında Novruz bayramı qeyd edilib

13 mart 2015

Milli Gimnastika Arenasında Novruz bayramı qeyd edilib

Gimnastika növləri üzrə yığma komandaların üzvləri olmaqla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə təşkil olunan xüsusi məktəbdə təhsil alan şagirdlər arasında Novruz Bayramı təntənəli surətdə qeyd edilib. 

Öncədən bildirildiyi kimi, bu təhsil layihəsi məktəb yaşlarında olan gimnastların arenanı tərk etmədən, digər məktəblilər kimi təhsil almaqları üçün yaradılmışdır.

 Çoxmillətli yığma komandalarımız parlaq çıxışlar nümayiş etdirərək, rəqs etdilər, mahnılar oxudular, Azərbaycan dilində şeirlər söylədilər, həmçinin qədim Novruz bayramı haqda maraqlı faktlardan danışdılar. 

Tədbirdə iştirak edən, federasiyanın vitse-prezidenti Altay Həsənov, bugünki tədbiri, gimnastların beynəlxalq arenada ölkə şərəfini qorumağı bacardıqları kimi, Azərbaycan mədəniyyəti və adət-ənənələrini də yaxından tanıdıqlarının bir sübutu kimi qiymətləndirdi.