İdman

gimnastikadan

başlayır

Nazənin Teymurova Polşada 1-ci oldu

06 dekabr 2021

Nazənin Teymurova Polşada 1-ci oldu

4-5 dekabr tarixlərində Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə “Barborka Cup 2021” adlı beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil edib.

Gənclər yaş qrupunda iştirak edən Nazəninin çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün 1-ci pilləsində qərarlaşıb.

Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6 və 9-cu yerlərdə qərarlaşıblar.