İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastikası üzrə yığma komandaya yeni Baş məşqçı təyin edilib

24 iyul 2015

Kişi idman gimnastikası üzrə yığma komandaya yeni Baş məşqçı təyin edilib

Azərbaycan Gimnastika Federasiyası mətbuat ximətinin verdiyi məlumata əsasən, Pavlo Netreba Azərbaycanın kişi idman gimnastikası üzrə yığma komandasına Baş məşqçi təyin olunub.

Azərbaycan yığma komandasının məşqçi heyətinə 2014-cü ildən daxil olan Ukraynalı mütəxəssis, Oleq Stepko və Petro Paxnyukun şəxsi məşqçisidir. Onun yetirmələri, digər Azərbaycan gimnastı Eldar Səfərovla birgə Bakıda təşkil olunan 1-ci Avropa Oyunları çərçivəsində keçirilən idman gimnastikası üzrə yarışlarda komanda hesabında bürünc medal əldə etmişlər. Növbəti yarış günlərində isə Oleq Stepko bu mükafata daha 4 medal əlavə etdi (1 “qızıl”, 2 “gümüş” və 1 “bürünc”). 

Hazırda komanda 25 oktyabr – 1 noyabr tarixlərində Qlazqo şəhərində (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatına hazırlaşır. Burada həmçinin Rio 2016 Olimpiya Oyunlarına lisenziya sahibləri müəyyənləşəcək.