İdman

gimnastikadan

başlayır

Nikita Simonov Avropa çempionatının finalında 6-cı oldu

22 avqust 2026

Nikita Simonov Avropa çempionatının finalında 6-cı oldu

Bu gün Xorvatiyanın Zaqreb şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında ayrı-ayrı alətlər üzrə final yarışlarına start verilib.

Halqalar proqramında Avropanın ən güclü 8 gimnastı arasında yer alan Azərbaycan təmsilçisi Nikita Simonov final çıxışını 14,000 xalla başa vuraraq 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Nikita Simonov Avropa çempionatının halqalar üzrə finalına təsnifat mərhələsində 14,166 xal toplayaraq 7-ci pillədən yüksəlib.

Xatırladaq ki, Nikita Simonov 2024-cü ildə İtaliyada keçirilən Avropa çempionatının gümüş medalçısı olub.

Gimnastımıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq!