İdman

gimnastikadan

başlayır

Növbəti dünya çempionları müəyyənləşdi

20 noyabr 2021

Növbəti dünya çempionları müəyyənləşdi

Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatının 3-cü gününə yekun vuruldu.

Bu gün fərdi batut proqramında kişi və qadınların yarım-final yarışları keçirildi və bu proqramda sabah çıxış edəcək finalçılar müəyyənləşdi. Eləcə də tamblinq cığırında qadınlar, ikili mini-batut üzərində kişilər və sinxron batut proqramında kişi və qadınlar arasında qaliblər bəlli olub.

Qadınlar arasında tamblinq cığırında ən güclü Böyük Britaniya gimnastı Keyli Meqan olub. Fransadan Lüsi Tümoan və belçikalı Taçina Piters gümüş və bürünc medalları müvafiq olaraq öz aralarında bölüşdürüblər.

Kişilərin ikili mini-batut üzrə yarışlarında Rusiya Gimnastika Federasiyasının təmsilçisi Vasili Makarski dünya çempionu olub. Fəxri kürsünün 2-ci pilləsində Diogo Kabral (Portuqaliya) və 3-cü pilləsində Ruben Padilla (ABŞ) yer alıb.

Son final yarışları sinxron proqramda qadın və kişi batutçular arasında keçirilib.

Sinxron proqramda qadınlar arasında yeni çempionlar Çin təmsilçiləri (Yiçeng Hu və Xinxin Zanq) olub. Yaponiya (Narumi Tamura və Hikaru Mori) və Portuqaliyadan (Marianto Nunes və Beatriz Martins) olan cütlüklər müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıblar.

Kişilərin sinxron batut proqramı üzrə yarışlarında Belarusdan (Oleq Ryabtsov və Andrey Buylu) olan cütlük Almaniya (Fabian Vogel və Matias Pfleyderer, 2-ci yer) və Fransa (Coşua Faruk və Pyer Quzu, 3-cü yer) təmsilçilərini üstələyərək dünya çempionları adlarını qazanıblar.

Növbəti final yarışları, eləcə də komanda hesabında çoxnövçülük yarışlarında çempionatın son qalibləri məyyənləşəcəkdir.

Qeyd edək ki, sabah tamblinq cığırında final yarışlarında təmsilçimiz Mixail Malkin də çıxış edəcək.

Nəticələrlə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.