İdman

gimnastikadan

başlayır

MİLLİ GİMNASTİKA ARENASI OKTYABR AYININ İLK HƏFTƏ SONUNDA

04 oktyabr 2015

MİLLİ GİMNASTİKA ARENASI OKTYABR AYININ İLK HƏFTƏ SONUNDA

Oktyabr ayının ilk həftə sonunda kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı Çempionatı və Birinciliyi, İlk Avropa Oyunları çərçivəsində 6 gimnastika növü üzrə yarışlardan sonra Milli Gimnastika Arenasında keçirilən növbəti turnirdir.

Yarışlar 2 oktyabr tarixində dörd yaş qrupunda (kiçiklər, uşaqlar, balacalar və böyüklər) yer almış qadın gimnastlarının çıxışları ilə başladı. Günün birinci yarısına doğru onlar arasında çoxnövçülükdə qaliblər artıq müəyyən olundu.

1-ci yarış gününün ikinci yarısını altı yaş kateqoriyasında (kiçiklər, uşaqlar, balacalar, yeniyetmələr, gənclər və böyüklər) yer almış kişi idman gimnastlarının çıxışları davam etdirdi. Bu yaş qruplarının üçü üzrə qaliblər elə həmin gün elan olundu.

Yeniyetmələr, gənclər və böyüklər kateqoriyasına aid gimnastlar həmçinin yarışların ikinci günü – 3 oktyabr tarixində - çoxnövçülük finalında çıxış etdilər.

Yarışlar zamanı, tamaşaçıları böyüyən idman gimnastları nəsilinin əksər nümayəndələrinin kumiri, Avropa Oyunlarının Çempionu Oleq Stepko və bürünc mükafatçısı Petro Paxnyuk, həmçinin Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasının üzvləri Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova öz çıxışları ilə sevindirdilər.

Yarışların gedişatı zamanı, gimnastların peşəkar çıxışlarından ilhamlanan tamaşaçılar, gimnastika tiri üzərində yerimə, turnikdə çəkinmə və döşəmə üzərində qolların bükülüb açılması üzrə müsabiqələrdə iştirak etməklə fiziki bacarıqlarını nümayiş etdirdilər. Bir çox hallarda idmançıların valideynləri olan müsabiqə iştirakçılarının səyləri, təşkilatçıların qalibləri müəyyən etmək işini bəzən çətinləşdirirdi.  

22-ci Bakı Çempionatı və Birinciliyinin qaliblərini bir daha təbrik edirik! Ətraflı nəticələri aşağıda qeyd olunan internet səhifəsində görə bilərsiniz: http://agf.az/articles.php?sec_id=3&item_id=20150925060636163§ion=results

Əminik ki, bütün gimnastika ictimaiyyəti və idmanı sevən hər bir kəs Azərbaycanın idman gimnastikası üzrə yığma komandasının çıxışlarını 2015-ci il 23 oktyabr – 1 noyabr tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək Dünya Çempionatında maraqla izləyəcək.