İdman

gimnastikadan

başlayır

İSRAİL QRAN-PRİSİNDƏN BİR “GÜMÜŞ” VƏ YEDDİ “BÜRÜNC”

07 mart 2011

İSRAİL QRAN-PRİSİNDƏN BİR “GÜMÜŞ” VƏ YEDDİ “BÜRÜNC”

Azərbaycan gimnastları Qran-pri seriyasında yarışların öhdəsindən gəlməkdə davam edirlər. Moskvadan sonra mükafatlar İsrailin Holon şəhərində əldə edilib.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, milli komandanın lideri Aliyə Qarayeva fəxri kürsünün üç dəfə 3-cü pilləsinə qalxıb. Əvvəlcə o, çoxnövçülük üzrə iki rusiyalı - Yevgeniya Kanayeva və Darya Dmitriyeva ilə rəqib olub, daha sonra digər rusiyalı gimnast Darya Kondakova ilə halqa və topla finalda mübarizə aparıb.

Zeynəb Cavadlı da Bakıya yüksək əhval-ruhiyyə ilə qayıdıb. O da üç bürünc medal qazanıb. Lakin Qran-pri turnirində deyil, beynəlxalq yarışda. Perspektivli gimnast çoxnövçülük, top və lentlə yarışda üçüncü olub.

"Mənim çox vacib hesab etdiyim digər bir bürüncə yeniyetmələrin turnirində iştirak edən 13 yaşlı Gülsüm Şəfizadə layiq görüldü, - Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib. - Gənc idmançını artıq bir çox mütəxəssislər qiymətləndirə biliblər və çöxnövçülükdə onun dördüncü yeri tutması isə artıq öz-özlüyündə çox şey deyir.

Və təbii ki, bizim yeniyetmələrdən ibarət qrup komandamız bir-birini ardınca artıq üçüncü dəfədir ki, "gümüş" mükafat qazanırlar. Qızlar xalça üzərinə hər çıxışları ilə xalların sayını artırırlar və ona görə də Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Baqiyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Yekaterina Prokopenkonun 5 iplə ikinci yeri tutmaları qanunauyğundur. Birinci yerə yenə rusiyalı idmançılar çıxıb, mükafatçıların üçlüyünü xalça sahibləri qapayıblar".

M. Vasileva bildirib ki, ən yaxın start martın 12-13-də Riqada keçiriləcək "Baltic Hoop" beynəlxalq turnirində olacaq. Orada Zeynəb Cavadlı və yeniyetmələrdən ibarət qrup çıxış edəcək.