İdman

gimnastikadan

başlayır

Onlayn yarışdan 2 medal

15 iyul 2021

Onlayn yarışdan 2 medal

Aerobika gimnastlarımız 6-cı “Korea Open” adlı açıq Koreya çempionatında iştirak ediblər.

Onlayn şəkildə təşkil edilmiş yarışın nəticələrinə əsasən böyüklər arasında fərdi kişi proqramı üzrə iştirak etmiş gimnast Vladimir Dolmatov 1-ci yerdə qərarlaşıb.

12-14 yaşlı gimnastlar arasında Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət üçlük 3-cü olub. Eyni yaş qrupunda fərdi idmançılarla yarışan etmiş Məryəm Topçubaşova isə 66 gimnast arasında 9-cu nəticəni göstərib.