04 mart 2016
4 mart tarixində Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin istiqamətləndirici iclası keçirilib.
İclasda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq, onlara yarışlarda uğurlar arzulayıb və ölkələrin iştirakını yoxlamaq məqsədilə siyahıya nəzər salıb.
A.Həsənov salamlama çıxışında qeyd edib ki, bu, Bakıda batut gimnastikası üzrə ilk böyük yarış olduğuna baxmayaraq, nümayəndə heyətləri üzvlərinnin bəziləri Milli Gimnastika Arenası ilə yaxşı tanışdırlar. Belə ki, onlar İlk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda iştirak ediblər.
İclasda, həmçinin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin nümayəndəsi Dmitriy Polyaruş çıxış edib O, yarışlara hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib.
“Trend” İnformasiya Agentliyi, 4 mart 2016-cı il