İdman

gimnastikadan

başlayır

Akrobatlarımız Avropa Yaş Qrupu Yarışlarının finalında

16 oktyabr 2017

Akrobatlarımız Avropa Yaş Qrupu Yarışlarının finalında

Polşanın Jeşuv şəhərində 13-15 oktyabr tarixlərində təşkil olunan Akrobatika Gimnastikası üzrə Avropa Yaş Qrupu Yarışları artıq başa çatıb.

Ölkəmizi bu yarışlarda kişi cütlüyü  proqramında Daniel Abbasov-Murad Rəfiyev (11-16 yaş), qadın qrupu proqramında isə Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova (12-18 yaş)  təmsil ediblər.  

Gənc gimnastlarımız təsnifat mərhələsində uğurlu çıxışlar nümayiş etdirərək, hər iki proqramda finalçılar sırasına düşməyi bacarıblar. Yekun mərhələdə isə kişi cütlüyümüz 26.000 xalla 5-ci, qadın qrupumuz 26.600 xalla 6-cı yerdə yarışları başa vurublar.

Xatırladaq ki, bir neçə gün sonra (19-22 oktyabr) Jeşuv şəhəri daha bir mötəbər yarışa- Akrobatika Gimnastikası üzrə Avropa Çempionatına da ev sahibliyi edəcək. Bu turnirdə "yunior" proqramda millimizin üzvləri,  qarışıq cütlüklər Ağasif Rəhimov - Nurcan Cabbarlı və Abdulla Əl-Məşayxi - Ruhudil Qurbanlı medallar uğrunda mübarizəyə qatılacaqlar.