İdman

gimnastikadan

başlayır

Gimnastımız növbəti finala vəsiqə qazandı

15 mart 2019

Gimnastımız növbəti finala vəsiqə qazandı

Bu gün, Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokunun 2-ci təsnifat günü yekunlaşıb.

Yarışların növbəti günündə qadın idman gimnastımız Marina Nekrasova növbəti finala vəsiqə qazanıb. Təmsilçimiz gimnastika tirində 12.566 xal toplamaqla, 6-cı pillədən finala keçib.

Marinanın daha bir əlamətdar çıxışı bü gün sərbəst hərəkətlərdə olub. Belə ki, idmançımız gimnastika tarixində ilk dəfə olaraq, bağlı idman geyimində öz proqramını icra edib və bununla da yeniliyə imza atıb. Marinanın “Sarı Gəlin” musiqisinin incə notları altında, çətin elementlərdən ibarət nümayişi tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 16-17 mart tarixlərində Dünya Kubokunun final mərhələləri baş tutacaq. Təmsilçilərimiz ümumilikdə 4 alət üzrə medallar uğrunda mübarizə aparacaq.