İdman

gimnastikadan

başlayır

Gimnastlarımız “Zəfər Günü” adlı tədbirdə iştirak ediblər

25 oktyabr 2018

Gimnastlarımız “Zəfər Günü” adlı tədbirdə iştirak ediblər

Bu gün, Milli Olimpiya Komitəsində Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edən idmançıların şərəfinə “Zəfər Günü” adlı xüsusi tədbir keçirilib.

İlk dəfə Avropa Oyunları 2015-ə həsr olunan bu tədbir sonradan ənənə halını alaraq, Bakı 2017 İslam Həmrəyliyi Oyunları və bu dəfə də Yeniyetmələrin Olimpiya Oyunları 2018-in şərəfinə təşkil olunub.  

Sözügedən tədbirdə Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak etmiş bütün idmançılara diplomlar və hədiyyələr təqdim edilib.

İdmançılar sırasında Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edən və gimnastika növləri üzrə qarışıq komanda proqramında qızıl medal qazanan Yelizaveta Luzan da yer alıb. Oyunlarda idman gimnastikası üzrə mübarizə aparan təmsilçimiz Səməd Məmmədliyə isə iştirakına və bu oyunların müvəffəqiyyətinə verdiyi töhfəyə görə diplom təqdim edilib.

Gimnastlarımızı Yeniyetmələrin Olimpiya Oyunlarında uğurlu iştirakına görə bir daha təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq!