İdman

gimnastikadan

başlayır

Yığma komandamız “Nijniy Novgorod”da 4-cü yerdə qərarlaşdı

27 aprel 2008

Yığma komandamız “Nijniy Novgorod”da 4-cü yerdə qərarlaşdı

26 - 27 aprel 2008-ci il tarixlərində Rusiyanın Nijniy Novgorod şəhərində Bədii gimnastika üzrə qrup komandaları arasında dünya kuboku yarışı keçirilmişdir. Bu yarışda ölkəmizi bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri üzrə yığma komandası təmsil etmişdir. Yarışda ölkəmizlə yanaşı ev sahibi Rusiya yığma komandası, Çin, Qazaxıstan, Belarusiya, İsrail, Ukrayna, Şimali Koreya və Finlandiya yığma komandalarıda mübarizə aparmışdılar. Yarışa gəlincə isə yığma komandamız 5 iplə hərəkətlərdə 5-ci, 3 halqa və 4 gürzlərlə hərəkətlərin cəmində isə 7-ci yerə layiq görülmüşdür. Çoxnövçülükdə isə yığma komandamız Rusiya, Belarusiya, Çin yığma komandalarından sonra 4-cü yerdə qərarlaşmışdır.