İdman

gimnastikadan

başlayır

Bədii gimnastımız Macarıstandan bürünc medalla geri dönüb

28 fevral 2020

Bədii gimnastımız Macarıstandan bürünc medalla geri dönüb

22-25 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə “Gracia Fair Cup” adlı beynəlxalq turnir keçirilib.

Turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Leyli Ağazadə və Lalə Qebəybəyova təmsil edib.

Bu il iştirak etdiyi ilk beynəlxalq yarışda Leyli medal əldə etməyi bacarıb. O, çoxnövçülüyün nəticələrinə əsasən bürünc medal qazanıb. Onun komanda yoldaşı Lalə isə çoxnövçülükdə 6-cı olub.