03 sentyabr 2018
1 və 2 sentyabr tarixlərində Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
15 ölkədən 200-ə yaxın gimnastın iştirakı ilə baş tutan yarışda Azərbaycan komandası uğurla təmsil olunub. Belə ki, fərdi proqramda çıxış edən gənc gimnastımız Yelizaveta Luzan lent ilə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Gimnastımız çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub.
Yığmamızın digər fərdi gimnastı Məryəm Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.