İdman
gimnastikadan
başlayır
09 may 2026
6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər. Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.
Gimnastlarımızı təbrik edirik!