İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RİO-DE-JANEYRODA KEÇİRİLƏCƏK XXXI YAY OLİMPİYA OYUNLARINDA ÖLKƏNİ TƏMSİL EDƏCƏK AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏSMİ YOLASALMA MƏRASİMİNƏ QATILIB

18 iyul 2016

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RİO-DE-JANEYRODA KEÇİRİLƏCƏK XXXI YAY OLİMPİYA OYUNLARINDA ÖLKƏNİ TƏMSİL EDƏCƏK AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏSMİ YOLASALMA MƏRASİMİNƏ QATILIB

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimdə nitq söyləmişdir.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov da çıxış etmişdir.

Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar dilədi.

Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olundu.

Bildirildi ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin edilib.

Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirdi.

AZƏRTAC, 18 iyul 2016-cı il