İdman

gimnastikadan

başlayır

Qadın idman gimnastları beynəlxalq turnirdə 3 medal qazandı

12 iyul 2026

Qadın idman gimnastları beynəlxalq turnirdə 3 medal qazandı

9–13 iyul tarixlərində Rumıniyanın Ployeşti şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Aynaz Məcidzadə, Leyla Məmmədzadə və Lalə Zamanlı təmsil ediblər.

Gimnastlarımız turniri uğurla başa vuraraq bir neçə medal qazanıblar. Leyla Məmmədzadə sərbəst hərəkətlər proqramında və gimnastika tiri üzrə çıxışında gümüş medala layiq görülüb. Bundan əlavə, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlıdan ibarət Azərbaycan millisi komanda hesabında uğurlu çıxış edərək bürünc medal qazanıb.

Gimnastlarımıza gələcək yarışlarda uğurlar arzulayırıq!