İdman

gimnastikadan

başlayır

Qarışıq cütlüyümüz akrobatika gimnastikası üzrə ilin ilk medalını ölkəmizə qazandırıb

13 mart 2023

Qarışıq cütlüyümüz akrobatika gimnastikası üzrə ilin ilk medalını ölkəmizə qazandırıb


2023-cü il mövsümünün akrobatika gimnastikası üzrə ilk Dünya kuboku Portuqaliyanın Maya şəhərində keçirildi. Bir sıra tanınmış və titullu idmançıların iştirakı ilə təşkil edilən yarış Azərbaycan üçün də uğurlu oldu. Belə ki, ölkəmizi bu yarışda təmsil edən qarışıq cütlüyümüz Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü qarışıq hərəkətlər proqramında fəxri kürsünün birinci pilləsinə yüksəldilər. 
Avropa çempionatınln gümüş mükafatçıları olan təmsilçilərimiz bununla da  akrobatika gimnastikası üzrə ilin ilk medalını ölkəmizə qazandırdılar.