İdman
gimnastikadan
başlayır
11 sentyabr 2026
11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində aerobika gimnastikası üzrə Dünya çempionatı keçirilir.
Çempionatda ölkəmizi qarışıq cütlük proqramında Mədinə Mustafayeva və Vladimir Dolmatov, üçlük proqramında Leyla Bejanova, Xədicə Quliyeva və Arzu Ağayeva, fərdi proqramda isə Sara Əlixanlı təmsil edir.
Təsnifat mərhələsində çıxış edən Avropa çempionu qarışıq cütlüyümüz 19.050 xal toplayaraq final mərhələsinə yüksəlib və 2027-ci il Avropa Oyunlarına lisenziya qazanıb.
Gimnastlarımıza final mərhələsində uğurlar arzulayırıq!