İdman

gimnastikadan

başlayır

Qazaxıstanın açıq çempionatından 3 qızıl, 2 gümüş medal

20 sentyabr 2022

Qazaxıstanın açıq çempionatından 3 qızıl, 2 gümüş medal

Sentyabrın 15-dən 17-dək Almatı şəhərində tamblinq üzrə açıq Qazaxıstan çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Mixail Malkin, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Aleksey Karataşov təmsil edib. İdmançılarımız uğurla çıxış edərək fərdi yarışlarda yığmamızın aktivinə 2 qızıl, 2 gümüş, komanda hesabında isə 1 qızıl medal yazdırıblar. 
Təmsilçilərimizdən Mixail Malkin və Bilal Qurbanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Hüseyn Əsədullayev və Aleksey Karataşov isə gümüş medala layiq görülüb. Komanda yarışlarında da idmançılarımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.