İdman

gimnastikadan

başlayır

Qızlarımız yenidən bayram yaşatdı

27 mart 2021

Qızlarımız yenidən bayram yaşatdı

Bu gün bədii gimnastlarımız əhval-ruhiyyəmizə yenidən bayram sevinci qatıb.

Avropa Çempionatının çoxnövçülükdə gümüş medalçıları olan qrup hərəkətləri komandamız Bolqarıstanın Sofiya şəhərində keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda da bu uğuru təkrarlayıblar.

Çoxnövçülük yarışlarında layiqli çıxış edərək, Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət komandamız fəxri kürsünün 2-ci pilləsinə yüksəliblər.