İdman
gimnastikadan
başlayır
28 mart 2021
Bədii gimnastlarımız bu gün Sofiyada (Bolqarıstan) yekunlaşan Dünya Kubokunda daha bir medal qazanmağı bacarıblar.
Hər iki çıxış proqramı üzrə finala vəsiqə qazanmış qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə bürünc medala layiq görülüblər. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzan bu dəfə fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Xatırladaq ki, ötən gün onlar çoxnövçülük yarışlarında gümüş medal qazanmışdı.