İdman

gimnastikadan

başlayır

Qrup hərəkətləri komandamız "Paris-2024"də finala yüksəldi!

09 avqust 2024

Qrup hərəkətləri komandamız

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız yenilməz iradəsi, layiqli mübarizəsi və qələbə əzmi nəticəsində “Paris-2024” Yay Olimpiya Oyunlarında finala vəsiqə qazandı. Planetin ən güclülərinin mübarizəsində 14 ölkənin təmsilçiləri titul uğrunda yarışa qoşulub. Təsnifat mərhələsinin yekun nəticələrinə əsasən ilk səkkizlikdə yer alan komandalar həlledici mərhələyə keçid edə bilib. Azərbaycan təmsilçiləri hakimlərdən topladıqları 62.000 xalla siyahıda 8-ci sırada qərarlaşıblar. Onlar bu nəticəni 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışlarının hesab cəminə əsasən, yəni çoxnövçülük üzrə əldə ediblər. Dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu olan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamızın rəqibləri arasında 6 qat dünya çempionu və Olimpiya Oyunlarının bürünc medalçısı İtaliya, dünya çempionları Bolqarıstan (3 qat), Çin, İsrail (2 qat) komandaları yer alıb. Sabah baş tutacaq final çıxışlarında millimizə bol uğur arzulayır, göstərəcəkləri yüksək nəticə ilə yenə ümidləri doğruldacaqlarına inanırıq.